Mobil versiya
Medvedev Le Penin hökmünü yüksək qiymətləndirib
Tarix: 01-04-2025 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər

Medvedev Le Penin hökmünü yüksək qiymətləndirib

Fransızlar altıncı respublika qurmağı düşünməlidirlər. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev “VKontakte” səhifəsində Fransa parlamentində sağçı “Milli mitinq” partiyası fraksiyasının lideri Marin Le Penin hökmünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, əgər növbəti inqilabla heç nə olmazsa, onda Fransa vətəndaşları 1814-cü il martın 31-də İmperator I Aleksandrın rus ordusunun müttəfiq qüvvələrin başında Parisə necə girdiyini və Napoleon Bonapartın zülmündən əziyyət çəkən ölkəyə “azadlıq verdiyini” xatırlamalıdır.
Medvedev deyirdi ki, çar Rusiyası Fransaya demokratiyanı “süngü ilə” gətirib.

Martın 31-də Marin Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və o, 5 il dövlət orqanlarına seçilə bilməyəcək. Siyasətçi cəzasını həbsxanada çəkməyəcək və təyin olunan müddəti evdə elektron qolbaqla keçirəcək.Le Pen və səkkiz partiya deputatı Avropa Parlamentində köməkçiləri işə götürmək üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə təqsirli biliniblər.

Le Penin cəzası onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-04-2025