Azərbaycanda 12 günlük bayram tətili BAŞA ÇATDI
Tarix: 01-04-2025 | Saat: 08:56
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.
aia.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyündən qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.
Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olub. Martın 29-30-u isə şənbə və bazar günlərinə düşüb. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.
Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edib. Yəni martın 20-dən 31-dək Azərbaycanda iş günü olmayıb.
Bayramdan sonra ilk iş günü bu gün - aprelin 1-dədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər