Mobil versiya
Bloomberg-in keçmiş menecerinin ailəsi ölü tapılıb
Tarix: 01-04-2025 | Saat: 08:52
Bölmə:Özəl | çapa göndər

Bloomberg-in keçmiş menecerinin ailəsi ölü tapılıb

Bloomberg-in keçmiş meneceri Riçard Samarel, həyat yoldaşı Lina və doqquz yaşlı qızı Samanta Cənubi Karolina ştatının Greer şəhərindəki malikanəsində ölü tapılıb. Bu barədə New York Post yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Cəsədlər cümə günü, martın 29-u səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilib. Narahat qonşuların zəngindən sonra hadisə yerinə polis gəlib. İlkin məlumata görə, ölüm saat 10:20-11:29 arasında baş verib.
Polis ailə üzvlərinin qəza nəticəsində həlak olub-olmadığını açıqlamayıb. Hadisə baş verən zaman Samarelin digər iki övladı - bir qızı və bir oğlu məktəbdə olub.

Fevral ayında Oskar mükafatlı amerikalı aktyor Cin Hekman Santa Fedəki evində ölü tapılıb. 95 yaşlı sənətçi ilə yanaşı, onun həyat yoldaşı, 63 yaşlı pianoçu Betsi Arakava və onların iti ölü tapılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-04-2025