Məşhur Məmmədov: “Suqovuşanın azad edilməsi ordumuzun ilk əhəmiyyətli qələbələrindən biri idi”
Tarix: 24-03-2025 | Saat: 11:35
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Bu Novruzda da Ağdərənin Həsənriz kəndində alovlanan bayram tonqalı bizə Qələbə sevincini yenidən yaşatdı. Bu tonqalı martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna etdikləri səfər zamanı yerli sakinlərlə birlikdə alovlandırıblar. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım ilk növbədə Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Daha sonra Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edən cənab Prezident və xanımı yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Qeyd etmək lazımdır ki, Suqovuşanda inşa olunmuş yaşayış kompleksi işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin məqsədyönlüyü və səmərəliliyi barədə bir daha aydın təsəvvür yaradır. Belə ki, 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Eyni zamanda da sakinlərin burada rahat yaşamalarını təmin etmək üçün kənddə mühüm infrastruktur layihələri həyata keçirilib. O cümlədən yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Daha sonra deputat cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ağdərə rayonunun Suqovuşan kəndi Vətən müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Dövlət başçımızın dediyi kimi, bu, ordumuzun ilk əhəmiyyətli uğurlarından, hərbi qələbələrindən biri idi. 44 gün ərzində Azərbaycan Ordusu yalnız irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması həm hərbçilərə, həm də xalqa əlavə ruh verirdi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Nəzərə almaq lazımdır ki, bu kəndin çox böyük strateji əhəmiyyəti var. Buna görə də Suqovuşanın ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, gənc nəslin Qələbəmizdəki payının çox yüksək olduğunu bu dəfə də xüsusi olaraq diqqət mərkəzinə çəkdi və bildirdi ki, biz məhz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq” – deyə, Məşhur Məmmədov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-03-2025