DIRNAQYEMƏ VƏRDİŞİNİ NECƏ TƏRGİTMƏK OLAR?
Tarix: 23-01-2017 | Saat: 11:56
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir.
myBaku.az xəbər verir ki, bir çox insan dırnaqlarını yediyini heç ağlına da gətirmir. Yalnız ətrafdakıların xəbərdarlığından sonra bu pis vərdişin qurbanı olduqlarını anlayırlar.
Mütəxəssislər bildirirlər ki, həddən artıq stress keçirənlər, qayğı, əsəb, xəyal qırıqlığı ilə üzləşənlər dırnaq yeməyə meyllidirlər.
Tibbdə xəstəlik kimi qəbul edilən bu halın qarşısı mütləq alınmalıdır. Zərərsiz hesab edilən bu vərdiş mütəmadi hal aldıqda, təhlükəli xəstəliklərə səbəb ola bilər. Belə xəstələrin həm dırnaqları zərər görür, həm də dişlərinin minası korlanır.
Dırnaq udulursa, yemək borusu, mədə və bağırsaqlarda təhlükəli xəstəliklər baş qaldıra bilər. Əllərimizi nə qədər çox yumağımızdan asılı olmayaraq, mikroblar dırnağa yığılır. Ona görə də, dırnaq yemək bu mikrobların bədənə daxil olmasına şərait yaradır.
Bəs bu vərdişi tərgitmək üçün nə etmək olar?
Bunun üçün bir neçə məsləhət təqdim edirik:
Dağdağan ağacı yağı
Bu yağın dadı acı olur. Yağı dırnaqlarınıza çəksəniz, dırnaqyemə vərdişi öz-özünə keçib gedəcək.
Sarımsaq
Dırnaqlarınıza sarımsaq çəkin. Əgər qoxusu sizi narahat edirsə, sarımsaq yağından da istifadə edə bilərsiniz.
Dırnaqlarınızı vaxtaşırı tutun
Dırnaqlarınızı uzatmağa çalışmayın.
Süni dırnaqlar
Süni dırnaqlardan istifadə edin. Onlar normal dırnaqdan daha möhkəm olduğu üçün yeyə bilməyəcəksiniz.
Yeni vərdişlər qazanın
Stress və depressiyadan əziyyət çəkdiyiniz zaman hörgü hörün, yemək bişirin və ya digər əl işləri ilə məşğul olun. Bunların heç birini edə bilməsəniz, musiqi dinləyin.
Saqqız çeynəmək də bu vərdişi tərgitməyə kömək edə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024