Mobil versiya
Binəqədi rayonunda 2 tondan artıq yararsız ət aşkar edilib
Tarix: 11-01-2017 | Saat: 17:30
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər



Bakıda mənşəyi məlum olmayan ət aşkar edilib.

Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun “28 May” qəsəbəsi ərazisində yerləşən “Azər ət” MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.

Ət Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.

Araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024