İtaliya səhiyyə nümayəndələri Respublika Qan Bankında əməkdaşlıq üzrə görüş keçiriblər
Tarix: 31-10-2024 | Saat: 17:12
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayında İtaliyaya etdiyi işgüzar səfərdə səhiyyə sahəsində əməkdaşlıq prioritetləri müzakirə olunduqdan sonra, İtaliyanın aparıcı səhiyyə şirkətlərinin Azərbaycana marağı artıb. Bu çərçivədə, İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi ilə Avropada tanınmış GPI qrupunun nümayəndələri Azərbaycan səhiyyə sistemi ilə tanış olmaq və əməkdaşlıq imkanlarını araşdırmaq üçün ölkəyə səfər ediblər.
GPI qrup nümayəndələri Səhiyyə Nazirliyi Respublika Qan Bankında görüşlər keçirərək, İtaliyanın qan bankçılığı sahəsindəki təcrübələrinin Azərbaycanda tətbiqi yollarını müzakirə ediblər. Bu danışıqların nəticəsi olaraq, Respublika Qan Bankının rəhbərliyi İtaliyaya səfər edəcək və orada analoji strukturla əməkdaşlıq memorandumu imzalayacaq. Memorandum çərçivəsində iki ölkə arasında uyğun layihələrin həyata keçirilməsi planlaşdırılır ki, bu da Azərbaycanın səhiyyə sisteminə müasir texnologiyaların tətbiqinə töhfə verəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024