“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub  -Foto
Tarix: 15-10-2024 | Saat: 13:02
Bölmə:İqtisadiyyat | çapa göndər
 
“AzerGold” QSC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) tanışlıq səfəri təşkil edilib.
Bu barədə aia.az-a “AzerGold” QSC -dən məlumat verilib.
Səfər zamanı əvvəlcə RİİB könüllülərinə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, fərdi mühafizə vasitələri təqdim edilib.
Daha sonra könüllülər “Çovdar” qızıl mədəni, yeni istifadəyə verilən, Çəndə qələviləşdirmə texnologiyası əsasında fəaliyyət göstərən Çəndə
Qələviləşdirmə Zavodu, eləcə də Topa qələviləşdirmə texnologiyası əsasında mövcud istehsalat infrastrukturu ilə tanış olublar.
Tanışlıq səfəri zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb. Qonaqlara ÇİRES-də qiymətli metalların hasilatı, emalı prosesi, tətbiq edilən istehsalat texnologiyaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ÇİRES-də həyata keçirilən hasilat və istehsalat prosesi ilə ictimaiyyət nümayəndələrinin mütəmadi tanışlığı məqsədi ilə infoturların təşkili bundan sonra da davam etdiriləcək.
   
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   
 30-10-2025
	
17:17 Suriya Kosovonu tanıdı   