Mobil versiya
"Azərbaycandan Naxçıvana dəhliz Ermənistan ərazisindən keçə bilər" - Türkiyəli nazir
Tarix: 14-10-2024 | Saat: 12:13
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

"Azərbaycandan Naxçıvana dəhliz Ermənistan ərazisindən keçə bilər" -

"Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər".

aia.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu "Kanal7"yə müsahibəsində bildirib.

"“Zəngəzur dəhlizi” Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.

"O, İran və ya Ermənistandan keçəcək: tərəflərlə bu danışıqları birbaşa Azərbaycan aparır. İlkin olaraq İran məsələsində müəyyən irəliləyiş əldə olunub və son günlər Ermənistan tərəfi ilə bağlı inkişaf var ki, bu da yaxın günlərdə bəlli olacaq”, - deyə Uraloğlu vurğulayıb.

Nazirin sözlərinə görə, yaxın gələcəkdə onlar Azərbaycandan keçən ən qısa dəhlizlə türk dünyasına qoşulacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə