Bəzi dövlət xəstəxanalarına direktor təyin ediləcək, baş həkimlər isə...
Tarix: 08-12-2016 | Saat: 19:10
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycanda icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə direktorlar təyin ediləcək.
aia.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, direktorlar təyin edildikdən sonra onlar yalnız inzibati, təsərrüfat, biznes-maliyyə işlərinə nəzarət edəcəklər. Direktorlar korporativ müştərilərin cəlb olunması, ətraf rayonlarda olmayan xidmətlərin xəstəxanada yaradılması və əhaliyə təqdim olunması, müəssisənin inkişafı üçün strategiya, biznes planını hazırlayacaqlar.
V.Qurbanov deyib ki, xəstəxanaların baş həkimləri yalnız müalicə işlərinə nəzarət edəcəklər:
"İndi baş həkimlər sadalanan işlərin hamısını yerinə yetirə bilmirlər, çünki işləri çoxdur. Biz baş həkimin üzərinə düşən yükü azaldacağıq. Bununla həm də baş həkimin işinin effektivliyi artırılacaq. Özəl klinikaların hamısında həm baş direktor, həm də direktorun 1-ci müavini - baş həkim olur. Baş həkim müalicə işlərinə nəzarət edir. Eyni strukturun dövlət müəssisələrində də yaradılması nəzərdə tutulur".
Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən qurumların Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024