2017-ci ilin büdcəsi özündə bütün reallıqları əks etdirməlidir
Tarix: 23-11-2016 | Saat: 14:31
Bölmə:İqtisadiyyat | çapa göndər
Gələn il üçün təqdim olunan büdcə daha çox qənaət büdcəsi adlandırılır. Əslində belə də olmalıdır. Çünki cari ilin büdcəsinə nisbətən onun gəlirlərinin 867 milyon manat, xərclərinin isə 1 milyard 895 milyon manat azalması nəzərdə tutulur. Növbəti ildə büdcə kəsirinin də əsaslı şəkildə azalması proqnozlaşdırılır. Belə ki, gələn il üçün büdcə kəsiri, bu ilki büdcə proqnozu ilə nəzərdə tutulan 1 milyard 673 milyon manatdan 645 milyon manata endiriləcəkdir. Yəni ümumilikdə büdcə kəsirinin 2,6 dəfəyə qədər və ya 1 milyard 28 milyon manat azaldılması nəzərdə tutulur.
Bəs növbəti ilin büdcəsində daha hansı ciddi dəyişikliklər baş verəcək? Bu büdcə layihəsində təqdim olunan ən böyük yenilik, yerli xərclərin əsaslı şəkildə azalmasıdır. Belə ki, cari ilin Dövlət büdcəsində nəzərdə tutulan 1 milyard 541 milyon manat yerli xərclər, gələn ilin büdcəsində cəmisi 688 milyon manat, yəni bu ildəkindən 853 milyon manat və ya 2,2 dəfə az proqnozlaşdırılır. Nədənsə gələn ilin büdcəsini təhlil edən həmkarlarım bu məsələni tamamilə diqqətdən qaçırıblar. Bu günə qədər 6 rayonun büdcəsinin mərkəzdən dotasiya almadan yaşaya bilməsini qeyd edərək, gələn ildən bu rayonların sayının 33-ə çatacağını yazan müəlliflər bilməlidirlər ki, iqtisadi və maliyyə çətinlikləri yaşadığımız indiki dönəmdə bu qədər rayonun bir ildə özünü maliyyələşməyə keçməsi real deyil. Bu rayonların büdcələrinin gələn ildən etibarən dotasiyasız formalaşmasının kökündə dayanan əsas məsələ, indiyə qədər yerli büdcələrdən maliyyələşən təhsil xərclərinin gələn ildən etibarən mərkəzləşdirilmiş qaydada maliyyələşdirməyə keçirilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, təhsil xərclərinin yerli büdcələrin ümumi xərclərində xüsusi çəkisi kifayət qədər böyükdür. Bəzi rayonlarda bu xərclər ümumi büdcə xərclərinin 70 faizindən çoxunu təşkil edir. Eyni qayda ilə yerlərdə mədəniyyət şöbələrinin ləğvindən və regional mədəniyyət şöbələrinin yaradılmasından sonra, gələn ildən etibarən mədəniyyət xərcləri də mərkəzləşdirilmiş qaydada maliyyələşdiriləcəkdir.
Naxçıvan büdcəsinə gələn il üçün mərkəzdən verilən dotasiyanın həcmini başqa rayonlara ayrılan dotasiyanın həcmi ilə müqayisə etməyə cəhd göstərənlər isə bilsinlər ki, Naxçıvanın Muxtar Respublika statusu və blokada şəraitində yaşaması kimi reallıqlardan çıxış edilərək Naxçıvan Muxtar Respublikası üzrə təhsil xərclərinin 2017-ci ildə yerli büdcələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Buna görədə Naxçıvana ayrılan dotasiyanın əsas hissəsi məhz yerli büdcələrdən təhsil xərclərinin maliyyələşdirilməsini təmin etmək üçündür.
Rayonların bundan sonra real olaraq özünü maliyyələşdirməyə keçməsi isə bu günün ən aktual məsələsidir. Son çıxışlarında Dövlət başçısı bundan sonra yerli icra hakimiyyətlərinin fəaliyyətinə məhz rayonun iqtisadi sahədə əldə edəcəyi göstəricilər əsasında qiymət veriləcəyini bəyan edib. Hesab edirik ki, artıq hər bir rayonun özünü maliyyələşməyə keçməsinin konkret müddətlərini müəyyənləşdirməyin vaxtı çatıb. Belə olduqda yerlərdə hər bir icra hakimiyyətinin rəhbərliyi bütün səylərini bilavasitə bu məsələlərin həllinə yönəldəcək. Nəticə etibarilə regionlarda istehsal artacaq, yerli büdcələrin mədaxil bazaları möhkəmlənəcək, işsizlik problemi həll ediləcək və bütövlükdə ölkə iqtisadiyyatının neftdən asılılığı optimal həddə enəcəkdir.
Fikrət Yusifov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024