Yekdil mövqe
Tarix: 20-12-2023 | Saat: 11:19
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 9 dekabr tarixində “Euronews” telekanalına verdiyi növbəti müsahibəsində Azərbaycanda iqtisadi inkişafı şərtləndirən amillər, Ermənistanla bağlanması nəzrdə tutulan sülh sazişinin şərtləri və prinsipləri Cənubi Qafqazın sülh gündəmi, İrəvanın Qarabağ ermənilərinin ətrafında yaratdığı siyasi şou və sair bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin ölkəmizin mövqeyinə aydınlıq gətirməklə, prinsipial baxış ortaya qoyub.
Öncə qeyd edək ki, Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi bazis əsaslı olduğuna - fundamental xarakter daşıdığına görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək mümkündür. Bəllidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib, mühüm məsafə qət edilib. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib. Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa əsas yaradır. Ölkə başçısı da ona ünvanlanmış suala cavabında islahatların iqtisadiyyatda yaratdığı təbəddülata geniş yer vermişdir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dörd dəfə artdığını və bunun çox əhəmiyyətli nailiyyət olduğunu bildirən cənab Prezident demişdir: “Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq. Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir.
Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır.
Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.
Hazırkı inkişaf mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi, çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır. Bu ilk növbədə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, düzgün strategiyası və ardıcıl siyaəst yürütməsi ilə şərtlənir. Gələcəkdə bu siyasətin davam etdiriləcəyini bildirən ölkə başçısı bir daha vurğulamışdır ki, “Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir.”
Dövlət başçısı “Euronews” televiziyasına müsahibə zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsipləri barədə danışaraq qeyd etmişdir: “biz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması; və bir sıra digər mühüm amillər var. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq.”
Şübhəsiz ki, müsahibə bəzi beynəlxalq dairələrin Bakı–İrəvan münasibətləri kontekstində nümayiş etdirdikləri ermənipərəst yanaşmalara da, ermənilərin Qarabağa qayıtması fonunda əsassız iddialara da tutarlı cavab baxımından son dərəcə əhəmiyyətli idi.
Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik.
Bu cənab Prezident İlham Əliyevin və Azərbaycan xaqlının mövqeyidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025