Mobil versiya
Müharibədən sonra 65 nəfər mina partlayışında həlak olub
Tarix: 04-12-2023 | Saat: 09:51
Bölmə:Cəmiyyət | çapa göndər

Müharibədən sonra 65 nəfər mina partlayışında həlak olub

"2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub" .

aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ölənlərin arasında mülki şəxslər çoxluq təşkil edir: "Mina partlayışı nəticəsində 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu günə qədər 357 nəfəri uşaqlar, 38 nəfəri qadın olmaqla 3416 nəfər minadan zərərçəkən kimi qeydiyyata alınıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024