Ağdamın əvvəlki şöhrəti yenidən özünə qayıdacaq
Tarix: 21-11-2023 | Saat: 09:27
Bölmə:Siyasət / Özəl | çapa göndər

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs bu torpaqlarda erməni işğalçılarının 30 il ərzində törətdikləri vəhşiliklərin, vandallığın acı nəticələrini öz gözləri ilə görür. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan sonra keçən üç il ərzində minlərlə xarici qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın hərbi-siyasi rejiminin işğal dövründə törətdikləri hərbi cinayətlərin izlərini müşahidə etmən imkanı əldə ediblər. İşğal dövründə erməni vəhşiliklərindən ən çox əziyyət çəkən, dünya təcrübəsində nadir hallarda müşahidə olunan dağıntılara məruz qoyulan rayonlarımızdan biri də Ağdam rayonudur.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində ilk qədim insanların rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşadıqları aşkar edilib. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Ağdam rayonu 1993-cü ildə, 42 gün davam edən döyüşlərin nəticəsində 23 iyul tarixində işğal olunub. İşğal nəticəsində rayon ərazisinin 73 faizi ermənilər tərəfindən zəbt olunub. Rayon mərkəzi ilə birgə 90 kənd işğala məruz qalıb, 128 min insan Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması isə dünyanın hərb tarixində nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir.
Maraqlıdır ki, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti formal da olsa, yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdir. Həmin qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Beynəlxalq təşkilatlar isə işğalçı ölkəyə qarşı heç bir tədbir görmədilər. Bu cəzasızlıq şəraitindən həvəslənən Ermənistan 30 ilə yaxın müddət ərzində ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu illər ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq olunması ilə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Əlbəttə ki, hadisələrin məhz bu cür inkişaf etməsində dünya güclərinin yürütdükləri ikili standartlar siyasəti, beynəlxalq təşkilatların faktiki fəaliyyətsizliyi və nəticə olaraq Ermənistanın özünü tam cəzasılıq mühitində hiss etməsi böyük rol oynadı. Münaqişənin həllində vasitəçilik etmək üçün ATƏT-dən mandat alan keçmiş Minsk Qrupu və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da Ermənistanı qınamadılar. Əksinə, bütün səylər Azərbaycanı işğal faktı ilə barışdırmağa yönəldildi.
Lakin Azərbaycan bu məsələni öz gücünə həll etdi və işğala son qoydu. 2020-ci ildə apardığı Vətən müharibəsinin nəticəsində Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə parlaq qələbələr qazandı. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və həmin Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur. Cənab Ali Baş Komandan 23 noyabr 2020-ci il tarixində Ağdama səfər edərək bu şəhərdə Azərbaycanın Dövlət Bayrağını şəxsən özü qaldırmışdır.
Bu gün Ağdam 2021-ci 28 may tarixində ölkə ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında sürətlə bərpa olunur. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Əminliklə deyə bilərik ki, ən yaxın gələcəkdə Ağdamın əvvəlki şöhrəti yenidən özünə qaytarılacaq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-06-2025