Mobil versiya
Prezident İlham Əliyev: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”
Tarix: 20-11-2023 | Saat: 17:19
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”

İlk olaraq burdan başlamaq istəyirəm ki,

Xalqımızın və Dövlətimizin bütün ictimai-siyasi, maddi eyni zamanda mənəvi həyatı ulu öndər ,dahi insan Heydər Əliyevin adı ilə birbaşa

bağlıdır.Belə ki, milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə öz dövlətinin mənafeyinə çevirə bilən Heydər Əliyev öz ölkəsinin bütün sahələrinin

inkişafını təmin etməklə, həm də öz ölkəsi üçün beynəlxalq nüfuz qazandı.Prezidentliyi dövründə yəni 10 illik fəaliyyəti dövründə ümummilli lider

Heydər Əliyev bir iqtisadi formasiyadan, o birnə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrd
ən xilas etdi və yeni iqtisadi üsula

gələcəyimizi, Müzəffər,Qətiyyətli Ali Baş Komandan İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi.Beləliklə çox böyük

erudisiyaya və idarəetmə bacarığına malik olan, xalqına və dövlətinə qəlbən bağlı lider, Prezident İlham Əliyev 20 illik Prezidentlik

fəaliyyəti dövründə, bütün bunların əməli olaraq reallaşdığını sübut etdi.Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan dövləti bu gün heç

zaman olmadığı qədər güclü, qüdrətlidir və son 200 illik tariximizdə heç-bir sərgərdənin və rəhbərin mümkün edə bilmədiyini mümkün etdi və

adını həm qədirbilən xalqımızın qəlbinə, həm də müasir, ən yeni tariximizə qızıl qələmlə,şərəflə yazdı.
Prezident İlham Əliyev tərəfindən

həyata keçirilən islahatların yaratdığı şərait əsasında əldə etdiyimiz ən böyük uğurumuz isə torpaqlarımızın işğaldan azad edilməsi və 44

günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəmiz oldu.Azərbaycanın tarixi Zəfərinin əsasında duran əsas amillərdən biri məhz bu

islahatlardan doğan milli birlik və həmrəylik mühitidir.Qələbəmizin məntiqi nəticəsi olaraq ölkəmizin suverenliyini, öz ərazi bütövlüyünü bərpa etməsi ilə

qarşıda daha böyük inkişaf perspektivləri açımışdır.Ərazi bütövlüyümüzün təmini zamanı əldə olunan uğurlarımızdan da biri ölkənin 30 il

müddətə pozulmuş ərazi bütövlüyünün bərpası, xalqımızın mədəniyyət beşiyi olan Şuşa şəhərimizin azad olunması deyərdim ki, Qətiyyətli Ali Baş Komandan,

prezident İlham Əliyevin Zəfər Zirvəsi idi. Sonda, vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç

bir fərqli fikir ola bilməz.” fikri hər bir azərbaycanlı üçün bütün məsələlərdə meyardır.

YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri,
Vüqar Məmmədov.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə