105 il ədalətin keşiyində
Tarix: 16-11-2023 | Saat: 12:08
Bölmə:Özəl | çapa göndər
Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları formalaşdırılmış, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Eyni zamanda, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə cümhuriyyətin süqutundan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.
1995-ci¬ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Әsas qanunun qəbulu ədliyyə orqanlarının, məhkəmələrin və prokurorluğun, vəkillik institunun və digər sahələrin fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasında həlledici rol oynadı, sadalanan sahələrdə şəffaflığı, demokratiyanın mühüm göstəricisi olan insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiəsini, vətəndaşlara xidmətin ən müasir standartlara uyğunlaşdırılmasını reallaşdırdı. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Әliyev sonrakı fəaliyyətində də obyektivlik, şəffaflıq və qanunçuluq prinsipləri üzərində qurulması, vətəndaşların hüquqlarının dönmədən müdafiə edilməsi, qanunların aliliyinin ən yüksək səviyyədə qorunması məqsədilə bir sıra layihələrin reallaşdırılmasına nail oldu. Ölkədə yeni dövrün tələblərinə cavab verən hüquq qanunvericiliyinin formalaşdırılması üçün 1996¬-cı il fevralın 21¬də Hüquq İslahat Komissiyasının yaradılması barədə Sərəncam imzaladı. Komissiya tərəfindən hazırlanan qanunların qəbulu məhkəmə¬hüquq sisteminin inkişafını sürətləndirdi. Bunlarla bərabər, 1998-¬ci il iyunun 18¬də Ümummilli Liderin müvafiq Fərmanı ilə təsdiqlənən “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hüquqi islahatların reallaşdırılmasını şərtləndirdi. Həmin dövrdən başlayaraq ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması kimi taleyüklü məsələləri də uğurla gerçəkləşdirildi. Eyni zamanda, Әdliyyə Nazirliyi sisteminin yeni qanunvericiliyə uyğunlaşdırılmasına, burada yeni iş üsulu və vasitələrinin təkmilləşdirilməsinə, ədliyyə fəaliyyətinin müasir qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişikliklərinin aparılmasına, yeni qurumların yaradılmasına, onların işinin təşkili üzrə zəruri tədbirlər görülməsinə böyük əhəmiyyət verildi. Әdliyyə işçilərində mənəvi stimul yaradılmasına diqqət artırıldı. Ulu Öndərin 11 noyabr 2000-¬ci il tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Әdliyyə Nazirliyinin Әsasnaməsinin təsdiq olunduğu gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilməsi də məhz bunun bariz ifadəsi idi. Bütün bu tədbirlər son nəticədə ədliyyə orqanlarının cəmiyyətdəki rolu və nüfuzunu daha da möhkəmlətdi. Әsası Ulu Öndər Heydər Әliyev tərəfindən qoyulan hüquqi islahatlar son illərdə ölkə Prezidenti cənab İlham Әliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.
Yaranmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşan ədliyyə orqanlarının əməkdaşları ulu öndərin bu tarixi xidmətini daim minnətdarlıq duyğusu ilə xatırlayır, onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları ürəkdən dəstəkləyirlər.
Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran Heydər Əliyev həm də bu ənənələrin davamlılığını təmin etmişdir. Son 15 ildə ulu öndərin əsasını qoyduğu islahatları inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolunun və mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini praktik addımları ilə təmin etmişdir. Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə 18 aprel 2006-cı il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən, Ədliyyə Nazirliyinin bu sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak imkanları genişlənmişdir.
Ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü mühüm və əlamətdar bayramdır. Bu münasibətlə bütün həmkarlarımı təbrik edir və gələcəkdə Azərbaycan ədliyyə sisteminin inkişafı üçün mübarizədə uğurlar diləyirəm.
Xaçmaz rayon qeydiyyat şöbəsinin rəisi
Ülkər Baxışova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025