Korrupsiyada ittiham olunan direktordan - Açıqlama
Tarix: 03-09-2015 | Saat: 16:26
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər
Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva müavini Asya Şirəliyeva tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamlarına münasibət bildirib.
R. Tağıyeva “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hələ ki, əsassız çıxışlar etmək niyyəti yoxdur: “Hazırda Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı araşdırma aparır. Araşdırmanın nəticəsi ictimaiyyətə məlum olacaq. Ona görə mövqe bildirmək istəmirəm ki, qoy araşdırmanın nəticəsi obyektiv olsun”.
R. Tağıyeva müavini ilə arasında olan münasibətlərdən də danışıb. Onun sözlərinə görə, Asya Şirəliyeva ilə münasibətləri gərgin deyil: “O, əvvəllər muzeydə elmi işçi idi. Mən onu 2009- cu ildə direktor müavini etmişəm. Onun nə 62 yaşı, nə də perspektivi var. Mən işdən əlavə, ona başqa yerlərdə işləməyə imkan verirdim. Turlar aparırdı. Mənim təqdimatımla nazir onu direktor müavini təyin edib. Mən özüm də onun qərəzinin səbəbini bilmirəm. Buna təəccüblənirəm. Biz yeni binaya köçəndən sonra o bu kampaniyanı başladıb. Hər halda nazirlik məsələni araşdırır, səbəbləri ictimaiyyətə məlum olacaq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024