Süd vannasının cavanlaşdırıcı təsiri haqqında BİLMƏDİKLƏRİNİZ
Tarix: 22-08-2016 | Saat: 11:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Süd vannası hələ eramızdan əvvəl məlum idi
Füsunkar imperatriçə Kleopatra bu ritualla dərisini günəşin yandırıcı təsirindən qoruyurdu.
Süd vannası quru hava şəraitində dərini hamarlaşdıran mükəmməl üsuldur. Bu, yalnız gözəl əfsanə yox, reallıqdır. Sözügedən gözəllik ayinlərinin hazırlanma üsulları qazıntılar zamanı tapılmış qədim Misir papiruslarında təsvir edilib. Süd vannasını Popeya Neronun ikinci arvadı da çox sevirdi. O, bu məqsədlə hər səyahətində özü ilə birlikdə yüz dişi eşşək aparırdı.
Bu əfsanəvi qadınlardan nümunə götürməyə dəyər!
Süd vannasının bilinməyən faydalarından bəhs edirik.
Süddə çimmək üçün 5 səbəb:
1. Südün tərkibindəki A, D vitaminləri və lazımi sayda turşular dərini dərindən bəsləyir.
2. Kleopatra haqlı idi - bu proseduralardan sonra onun dərisi, həqiqətən, yumşaq və hamar olurdu.
3. Siz yalnız təbii komponentlərdən istifadə edirsiniz.
4. Effekt artıq ilk dəfədən sonra nəzərə çarpır.
5. Süd vannası insanı inanılmaz dərəcə rahatladır, sakitləşdirir və dərini gəncləşdirir.
Beləliklə, süd vannası necə hazırlanır?
1-ci resept
Misir imperatriçəsinin süd vannası resepti çox sadədir: 2 litr süd + 100 ml bal (40 dərəcə qızdırmaq) + isti su = yumşaq dəri. Vacibdir! - Balı yuxarıda göstərilən temperaturdan çox isitmək olmaz, əks halda o, faydalı xassələrini itirir.
2-ci resept
Müasir kosmetoloqlar dərini cavanlaşdıran süd vannası formulunu bir qədər dəyişdirib. Məsələn, südün içinə bal əvəzinə bir neçə banan sıyığı əlavə etmək olar. Beləliklə bundan sonra dəridə xoş ekzotik qoxu qalır. Təbii ətirdən də gözəl nə ola bilər?
3-cü resept
Əfsanəyə görə, Kleopatraya qulluq edən bir qız imperatriçəyə xurma ilə qəlyanaltı etməyi təklif edib. Kleopatra isə heç düşünmədən xurmaları süd vannasına əlavə edib. Bu ritualdan sonra onun dərisi çox gözəl parlayıb. Sözügedən eksperimenti təkrarlamaq üçün 100 qram xurma (onları əvvəlcədən parça çantada suda saxlayın), iki litr təzə süd, yüz ml bal və ilıq su lazımdır. Vannaya aromatik yağ, ətirli ot (ən klassik üsul isə qızılgül ləçəkləri) və hətta giləmeyvə şirəsi əlavə etməklə onu fərqli hala gətirmək olar.
4-cü resept
Uzun iş günündən sonra südlü-ballı vanna qəbul etmək məsləhət deyil, çünki bədən buna hazırlıqlı olmalıdır. Dərini əvvəlcə skrabın köməyilə əsaslı surətdə təmizləmək lazımdır. Skraba üyüdülmüş qəhvə və darçın qatmaq olar. İnqrediyentləri qarışdırıb kütlə duru sıyığa dönənə qədər qaynadın. Qarışığın soyuması üçün onu bir dəqiqə əvvəl otaq temperaturunda saxlayın. Skrab hazırdır! Onun köməyilə bədəni 5-7 dəqiqə ərzində masaj edin, sonra yuyun. Skrab sinəyə edilmir. Belə pilinqdən sonra süd vannası daha effektli olacaq. Yeri gəlmişkən, xoşagəlməz halların baş verməməsi üçün öncə dərinizin skraba qarşı allergiyasının olub-olmadığını yoxlayın.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024