Mobil versiya
Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Tarix: 11-09-2023 | Saat: 15:41
Bölmə:Seçki 2024 | çapa göndər

Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işlərilə əlaqədar 12.09.2023-cü il saat 09:00-dan təmir işlərinə başlanılaraq 13.09.2023-cü il tarixdə işlər yekunlaşanadək “Xaldan” ölçü qovşağı üzərində olan “Xaldan Əhali” ölçü qovşağından, magistral qaz kəmərindən qidalanan “DAN MMC” və “Şəki Kərpic zavodu” ölçü qovşaqlarından, “Oğuz”, “Yaqublu”, “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin “Şıxlı” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə (2 gün ərzində) Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (1 gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə