Mobil versiya
Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib -Fotolar
Tarix: 05-09-2023 | Saat: 19:54
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan şəhərində  Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq sentyabr ayının 1-də Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

AİA.Az xəbər verir ki, konfransda Şirvan şəhər, Sabirabad, Saatlı və Hacıqabul rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, sonra Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində çıxış edib.
Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və şəhid atası Alim Zülfüqarovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şirvan Şəhərinə diqqət və qayğısı barəsində çıxışları dinlənilib.
Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə