Mobil versiya
Milli Kitabxananın 736 minlik tenderini udan şirkət kimindir?
Tarix: 23-08-2023 | Saat: 19:30
Bölmə:Seçki 2024 | çapa göndər

Milli Kitabxananın 736 minlik tenderini udan şirkət kimindir?

Mirzə Fətəli Axundov adına Milli Kitabxana müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Bilgə Qrup” QSC qalib seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 736 704,21 AZN-dir.

“Bilgə Qrup” QSC 1 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İsmayılov Elvin Sahib oğludur.

Elvin İsmayılovdan əvvəl şirkətin iki qanuni təmsilçisi olub. Bunlar Şahhüseynbəyova Nigar Faiq qızı və Aslanov Azər Nüdrət oğludur.
Bu şəxslərin o cümlədən Elvin İsmayılovun barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə