Mobil versiya
AMEA-nın müxbir üzvü beynəlxalq mükafata layiq görüldü
Tarix: 16-08-2023 | Saat: 16:09
Bölmə:Seçki 2024 | çapa göndər

AMEA-nın müxbir üzvü beynəlxalq mükafata layiq görüldü

İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov Dubayda keçirilən 1-ci Dünya Elm Çempionatında qələbə qazanaraq Beynəlxalq Tarix Bioqrafiya İnstitutu tərəfindən gümüş mükafata layiq görülüb. Sözügedən çempionatında 69 ölkədən 1236 iştirakçı iştirak edib, 38 müxtəlif elm sahəsi üzrə işlər təqdim olunaraq 360 alim mükafatlandırılıb.

aia.az xəbər verir ki, münsiflər arasında 30-dan çox Nobel mükafatçısı olan çempionata qatılan ölkələr üzrə komanda təsnifatında: 1-ci yer – Çin, 2-ci yer – ABŞ, 3-cü yer – BƏƏ, 4-cü yer – Hindistan, 5-ci yer – Fransa, 11-ci yer – Almaniya, 13-cü yer - Sinqapur, 14-cü yer -– Qazaxıstan, 15-ci yer – Polşa, 16-cı yer – Özbəkistan, 17-ci yer – İsveçrə, 18-ci yer – Azərbaycan, 19-cu yer – CAR olmuşdur.

Qeyd edək ki, 1-ci Dünya Elm Çempionatının qaliblərinin böyük əksəriyyəti daha əvvəl Dubayda “Nobel Mükafatları: Müvəffəqiyyətli Şəxsiyyətin formalaşdırılması və ətraf mühitin dəyişdirilməsi üçün təcrübə və peşəkar nailiyyətlərin öyrənilməsi” Beynəlxalq Elmi Təcrübə Proqramını başa vurmuşdur. Alimlərin əldə etdikləri nəticələr beynəlxalq universitet reytinqlərində nümayiş etdiriləcək.

İdarəetmə Sistemləri İnstitutunun kollektivi olaraq dəyərli alimi elmi uğurlarının beynəlxalq səviyyədə tanınması münasibətilə ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə