Mobil versiya
Orqazm zamanı beynimizdə nələr olur?
Tarix: 12-08-2016 | Saat: 12:10
Bölmə:Media | çapa göndər



Elm adamları orqazm əsnasında beyinlərin nə şəkildə...

İngilis qəzetində nəşr olunan bir xəbərə görə, elm adamları orqazm əsnasında qadınların beyinlərinin nə şəkildə dəyişildiyini, bir animasiya sayəsində təhlil etməyi bacardı.

Elm adamları qadınların beyinlərinin orgazmdan əvvəl, orqazım zamanı və bundan sonrakı müddətdə beyin hərəkətliliyini göstərən ilk filmi çəkdilər. Animasiya beynin fərqli bölgələrinin bir yerdə ahəng içində hərəkət etdiyini, bu hərəkətliliyin ən üst səviyyədə olduğunu və daha sonra yavaşca durğunlaşdığını göstərir.

Animasiyanı yaratmaq üçün mütəxəssislər bir qadından funksional maqnetik rezonans göstərmə maşınının içinə uzanmasını istədilər. Mastürbasya əsnasında könüllünün beyin fəaliyyətindəki artım və dəyişmələr qeyd edildi.

Bu prosesin məqsədi niyə qadınların və kişilərin eyni anda orgazmı yaşaya bilməməsini araşdırmaq idi. Söz mövzusu araşdırmanı ABŞ-da Rutgers Universitetində psixoloq olan Professor Barry Komisaruk və onun qrupu reallaşdırdı. Animasiyada həkimin tələbəsi və Komisarukun laboratoriyasında çalışan 54 yaşlı Nan Wise könüllü olaraq iştirak etdi. 5 dəqiqə davam edən filmdə beynin 80 fərqli bölgəsinin hər iki saniyədə bir alınan görünüşlərinin bir araya gətirilmiş halı göründü. Animasiyada rənglərdən istifadə edilmişdi. İlk olaraq, tünd qırmızı olan rənglər orqazma yaxınlaşdıqca narıncı və sarıya dönür, orgazm zamanı tamamilə ağ olduğu görünüb.

Prof. Kamisaruk, "Bu araşdırmanın məqsədi orqazm əsnasında beyində nə baş verdiyinin aydınlaşdırılmasıdır," deyərək Vaşinqton DC-də edilən Society for Neuroscience (Nörobilim Dərnəyi)-nin illik yığıncağında araşdırmalarının nəticələrini izah etdi.

Orqazm zamanı beynimizdə nələr olur?
Orqazma yaxınlaşıldıqca hərəkətlilik, beyincik və ön korteks qisimlərinə keçiş edir. Bunun səbəbi kimi artan əzələ gərginliyi olduğu ifadə edilir. Orqazm zamanı isə hərəkətlilik hipotalamusta ən yüksək həddə çatır. Hipotalamus, oksitosin adı verilən, xoşbəxtlik hissi yaradan və uterusu daraldan bir hormon ifraz olunması funksiyasını yerinə yetirir.
Orqazmdan sonra bütün bu bölgələrdəki hərəkətlilik yavaşca sakitləşir.

Komisaruk- "Beynin bir-biriylə ünsiyyəti araşdırmaq üçün möhtəşəm bir sistem mövzusudur. Beynin pillə-pillə hərəkət artımının və azalmasının göstərildiyi film sayəsində, xüsusilə orqazm ola bilməmə problemi yaşayan kəslərdə hansı mərhələdə problem yaşandığının müəyyən edilə biləcəyimizi düşünürük,"- dedi.

Orqazm zamanı beynimizdə nələr olur?

Komisaruk tərəfindən inkişaf etdirilən yeni bir üsulda insanlar beyin fəaliyyətlərindəki dəyişikliyi az qalsın eyni anda görə bilir. Bu üsul sayəsində insanların narahatlıq, depressiya və ağrı kimi vəziyyətlərin öhdəsindən gələ biləcəyinə inanır.

Professor - "Orqazmı kef və xoşbəxtlik yaratmağın bir yolu olduğu üçün istifadə etdik. Əgər xoşbəxtlik bölgələrini necə hərəkətə keçirə biləcəyimizi öyrənsək, bir çox sağlamlıq probleminin də həllini tapa bilərik," - dedi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə