Erməni təbliğatına qarşı tutarlı cavab
Tarix: 28-07-2023 | Saat: 10:46
Bölmə:Gündəm / Özəl | çapa göndər
Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin iyulun 22-də Çinin “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsi diqqəti çəkir.
Cənab Prezident ilk növbədə Çin-Azərbaycan əlaqələrinin tarixinə toxunaraq bu əlaqələrin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğunu qeyd etmişdir: “Tamamilə haqlısınız ki, o, Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.” Ulu öndər Heydər Əliyevin Azərbaycanın taleyində oynadığı tarixi rolun əhəmiyyəti getdikcə daha dərindən dərk edilir. İnflyasiyanın tüğyan etdiyi, hərc-mərcliyin baş alıb getdiyi və erməni işğalının gücləndiyi bir dövrdə ölkəni çox böyük bəlalardan xilas edən dahi şəxsiyyətin tarixi xidməti daha qabarıq formada hiss olunur: “Beləliklə, təkcə 100 illiyini qeyd etdiyimiz üçün deyil, ümumiyyətlə, müasir Azərbaycan haqqında danışarkən faktdır ki, təməl Heydər Əliyev tərəfindən qoyulub və 1990-cı illərin mürəkkəb dövründə onun liderliyi olmasaydı, bugünkü Azərbaycan başqa vəziyyətdə olacaqdı. Hansı problem və çətinliklərlə üzləşəcəyini heç təsəvvür etmək belə olmazdı.”
30 il ərzində ölkəmizin dəyişdiyini, iqtisadi və siyasi baxımdan çox inkişaf etdiyini bildirən ölkəmizin başçısı bildirmişdir ki, bu dəyişiklilərə rəğmən, bizim başlıca məqsədlərimiz- dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı yönündə fəaliyyətimiz dəyişməz olaraq qalıb. Müstəqilliyin lap əvvəllərindən ərazi bütövlüyüyümzün bərpası istiqamətində atılan addımlar 2020-ci ildə demək olar ki, öz nəticəsini vermişdir. Bu da ilk növbədə fəal regional siyasətin həyata keçirilməsi və 44 günlük müharibədə Azərbaycan ordusunun qətiyyətli qələbəsi nəticəsində mümkün olmuşdur.
“Bir kəmər, bir yol” layihəsində Azərbaycanın iştirakına dair sualı cavablandırarkən cənab Prezident diqqəti ona çəkmişdir ki, əvvəllər infrastukturun olmaması səbəbindən region bir sıra layihələrdən kənarda qalmışdı. Doğrudur, əlverişli coğrafi məkanda yerləşməyimizə baxmayaraq, ilk növbədə infrastukturun olması da vacib şərtlərdən biridir. Azərbaycan artıq layihəyə qoşulanda bizim kifayət qədər inkişaf etmiş infrastuktur vardı və bu da bizə bu sahədə işlərin artırılması imkanı verdi: “Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.”
Azərbaycanda və Xəzər dənizində artan tələbatı qeyd edən ölkə başçısı bildirmişdir ki, Xəzər dənizində ən çox gəmiyə və tankerə sahib olmağımıza baxmayaraq biz yeni gəmilər və tankerlər tikir, gəmiqayırma zavodumuzu genişləndiririk. Bu da ölkəmizin yükdaşıma imkanlarının artçasına və mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə səbəb olacaqdır: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir.”
Qərb mətbuatının qeyri-tarazlı və anti-Azərbaycan mövqeyini şərh edən cənab Prezident bildirmişdir ki, hələ də ikili standartların olduğu, beynəlxalq hüququn işləmədiyi dünyada həqiqəti hamıya çatdırmaq mümkün deyildir. Lakin hiz 30 il demək olar ki, bu reallıqlar içərisində yaşamaq məcburiyyətində qaldıq. Sözdə demkratiyadan danışan Fransa və digər dövlətlərin rəhbərləri də, mətbuat da daim bizim əleyhimizə təbliğat aparmaqla məşul idi. Təəssüf ki bu tendensiya indi də davam edir. Ölkəmizin başçısı bu cür yanaşmalara münasibət bildirərək qeyd etmişdir: “Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Bu halda hökumətlər də var. Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar.”
Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarına gəlincə onlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bütün hüquqlara malik olacaqlar:” Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir.”
Ölkə başçısının bu müsahibəsi bir daha Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca qiymətlidir və ermənilərin anti-Azərbaycan təbliğatına qarşı ən tutarlı cavabdır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025