Mobil versiya
“Uitkoffdan sensasion bəyanat – Azərbaycan və Ermənistan 6 həftəyə sülhə necə yaxınlaşdı?”
Tarix: 22-04-2026 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər



ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan və Ermənistan arasında sülh prosesinin gözlənildiyindən daha sürətli irəlilədiyini bildirib.

Onun sözlərinə görə, tərəflər cəmi 6 həftə ərzində mühüm razılaşma mərhələsinə gəlib və uzun illər davam edən münaqişədən sonra münasibətlərdə ciddi yumşalma müşahidə olunur.

Uitkoff qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında münasibətlərdə müsbət dəyişiklik var və bu prosesdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi mühüm rol oynayıb.

Xatırladılır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda tərəflər sülh sazişinin mətnini paraflayıblar. Bu isə regionda uzunmüddətli sülhə doğru ən ciddi addımlardan biri kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026