Mobil versiya
Şəhid adına ehtiram, ailələrinə qayğı həmişə olacaq
Tarix: 15-07-2023 | Saat: 11:44
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid adına ehtiram, ailələrinə qayğı həmişə olacaq

Cənub qapımız Astara rayonu İkinci Qarabağ müharibəsində Vətən torpaqlarını azadlığı uğrunda 41 şəhid verib. Bu, qədir bilən xalq öz şəhid oğlanların xatirəsini əziz tutur, onlarla qürur duyur ailələrinə hər zaman, hər yerdə böyük hörmə göstərirlər. Və bunu özünə mənəvi borc bilirlər. Bir qayda olaraq Astarada şəhid ailələrinə qayğı və diqqət istər cəmiyyətin, istərsə də rayon rəhbərlərin həssas yanaşdığı məsələdir.
Bu günlər də isə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova, eyni şöbənin məsul işçiləri və rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə Vətən, torpaq uğrunda can qoyub şəhidlik zirvəsinə ucalan Kamran Cəlal oğlu Seyfullazadənin, Elkiyar Abdulla oğlu Məmmədovun, Nurlan Əlövsət oğlu Rəhimovun ailə üzvlərinə baş çəkmiş, bütün qayğıları öyrənmiş onlara lazımı köməklik göstərilib. Həm də söhbət zamanı bildirilib ki, şəhidlər xalqımızın azadlıq, müstəqilik, qəhrəmanlıq simvoludur. Onların şərəfini uca tutmaq, ailələrinə qayğı göstərmək həmişə olacaq.
Vətən müharibəsi iştirakçının daha bir medalı
Astarada ehtiyatda olan kapitan Mayis Məmməd oğlu Məmmədov böyük hörmət və nüfuz sahibidir. O, hazırda rayonda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Coğrafiya müəllimidir. Mayis müəllim İkinci Qarabağ müharibəsində erməni faşistlərinə qarşı haqq savaşımızda könül iştirak edib. O, Fizuli, Cəbrayıl, Qubadlı uğrunda gedən bir-birindən ağır müharibə meydanlarında əsl qəhrəman kimi vuruşub. Hər an Vətən naminə canından keçməyə hazır olan cəsur kapitan düşmənin onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Qələbə gününə kimi düşmənə qarşı nifrətlə döyüşüb.
Kapitan Mayis Məmmədovun cəbhə boyu döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə”, Cəbrayılın Qubadlının azadlığı uğrunda medallarına layiq görülüb. Bu günlər qəhrəman döyüşçünün aldığı yüksək dövlət mükafatlarına “Vətən naminə” medalı da əlavə olunub. Medalı ona Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi təqdim edib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024