Mobil versiya
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib. -Fotolar
Tarix: 14-07-2023 | Saat: 18:45
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar qəbul və görüşlər davam edir.

AİA.Az xəbər verir ki, iyulun 14-də şəhərin N.Nərimanov küçəsində sakinlərlə növbəti görüş keçirilib. Görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixindəki rolundan danışaraq, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yerinin olduğunu, məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələrinin köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Sonra İlqar Abbasov respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən abadlıq-quruculuq, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib.

Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024