Mobil versiya
İcra başçısı Əməkdar elm xadimi, professor Vaqif Novruzovu 80 illik yubileyi münasibətilə təbrik edib -Foto
Tarix: 14-07-2023 | Saat: 12:55
Bölmə:Seçki 2024 | çapa göndər

İcra başçısı Əməkdar elm xadimi, professor Vaqif Novruzovu 80 illik yubileyi münasibətilə təbrik edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Vaqif Novruzovla görüşüb, onu 80 illik yubileyi münasibətilə təbrik edib.

aia.az bildirir ki, görüşdə Vaqif Novruzovun səmərəli elmi fəaliyyətinə nəzər salınıb, Azərbaycan elminin inkişafındakı xidmətlərindən söz açılıb. Qeyd olunub ki, V.Novruzov botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 nəfər elmlər, 23 nəfər fəlsəfə doktoru hazırlanmışdır.
Şəhər rəhbəri Niyazi Bayramov Əməkdar elm xadiminə möhkəm cansağlığı, elmi və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Yubilyar Gəncə şəhərində elmin və təhsilin inkişafına verdiyi töhfəyə görə İcra Hakimiyyəti başçısının "Təşəkkürnamə"si, Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində xüsusi xidmətlərinə, partiyanın tərəqqisinin və şöhrətinin artmasına töhfə verən səmərəli fəaliyyətinə görə YAP Gəncə şəhər təşkilatının "Fərxi Fərman"ı ilə təltif olunub.
Qeyd edək ki, Vaqif Novruzov 1943-cü il iyul ayının 1-də Quba rayonunun Rustov kəndində ziyalı ailəsində anadan olub. 1966-cı ildə Gəncə Dövlət Pеdаqоji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Biоlоgiyа fаkültəsini fərqlənmə diplоmu ilə bitirib. 1978-ci ildə bаş еlmi işçi, 1986-cı ildə dоsеnt, 1988-ci ildə prоfеssоr еlmi аdlаrını аlıb.
2008-ci ildə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülən Vaqif Novruzov 2017-ci ildə "Botanika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
V.Novruzov hazırda AMEA-nın Gəncə Bölməsinin "Xəbərlər", Gəncə Dövlət Universitetinin "Xəbərlər" jurnallarının redaksiya heyətinin, AR ETN Botanika İnstitutu Dissertasiya Şurasının üzvü, Azərbaycan Botaniklər cəmiyyətinin vitse-prezidentidir.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024