Mobil versiya
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü -Fotolar
Tarix: 13-07-2023 | Saat: 18:00
Bölmə:Seçki 2024 | çapa göndər

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika ilə bölüşdü və bildirdi ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.
Söz alan vətəndaşlar tikinti məsələlərinə dair qonşular arasında mübahisələr, tikinti şirkətlərinin gecə saatlarında işləməsi, kanalizasiya xəttlərinin mövcud vəziyyəti, həyətlərin asfaltlanması, Vətən müharibəsi qazilərinin işlə təmini, mülkiyyət çıxarışı, küçələrin işıqlandırılması və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024