Mobil versiya
YAP Şəmkir rayon təşkilatı Ulu Öndərin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 54-cü ildönümünü qeyd edib
Tarix: 12-07-2023 | Saat: 11:48
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Şəmkir rayon təşkilatı Ulu Öndərin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 54-cü ildönümünü qeyd edib

14 iyul 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsi münasibətilə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı geniş tədbir keçirib. 
Tədbir YAP Şəmkir rayon təşkilatının Akt zalında keçirildi

AİA.Az xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəlları iştirak etdilər.
İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, qırx dörd (54) il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verib. Bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayıb.
F.Vəliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünü qeyd edirik: "Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyəti, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları öncə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədər ki, vəziyyətə nəzər salmaq lazımdır. Hər bir hadisədə nailiyyəti, mənanı anlamaq üçün mütləq müqayisə aparmaq lazımdır. Heydər Əliyev və müstəqil Azərbaycan. Bunlar biri-birinə bağlı olan məsələlərdir. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər Heydər Əliyev tərəfindən yaradılıb".
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının fəalı İbrahim İbrahimov bildirib ki, 1969-cı ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ-i məkanında, həm Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik: " İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu.
Digər çıxış edən partiya fəalları vurğuluyublar ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Hakimiyyəti illərində Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı və bu gün həmin siyasət cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz yüksək səviyyədə inkişaf edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024