Ulu öndər Heydər Əliyevin irsi bütün qələbələrimizin rəhnidir
Tarix: 22-06-2023 | Saat: 10:33
Bölmə:Özəl | çapa göndər
XX əsrin II yarısı-XXI əsrin əvvəlləri Azərbaycan tarxinin ən görkəmli siması ümummilli lider Heydər Əliyevdir. O, hələ sovet dövlətinin mövcud olduğu illərdə Dövlət Təhlükəsizlik Komitəsində leytenantdan generaladək yüksəlmişdir. Azərbaycan rəhbərliyinin I dövründə respublika xalq təsərrüfatını və mədəni quruculuğunu əsaslı surətdə yaxşılaşdırmaq siyasətini həyata keçirirdi. H.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər bölgənin siyasi, sosial-iqtisadi, mədəni inkişafını çətin və əlamətdar dövrüdür. 1993-cü ildən Heydər Əliyevin Azərbaycan rəhbərliyinin II dövrü başlayır. Dövlətin daxili və xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Azərbaycan tarixinə Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi, azərbaycanlıların ümumilli lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil olmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin istiqamətlərinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Nəticədə Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etməsinin birinci dövründə (1969-1982) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur. 1982-ci ilin noyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Büro üzvü seçilmiş, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. SSRİ kimi nəhəng bir dünya dövlətinin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.
Azərbaycanda XX əsrin 80-ci illərinin sonunda sovet rejiminə qarşı başlayan azadlıq mübarizəsini boğmaq üçün müxtəlif vasitələrdən istifadə edən Moskva rəhbərliyi 1990-cı ilin 20 yanvarında Bakıya silahlı qüvvələr yeritmiş, burada qanlı qırğın törətmişdir. Qanlı qırğının ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi cəsarətli bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan xalqının qurtuluş mübarizəsinin qarşısının alınmasının mümkünsüzlüyünü vurğulamışdır. Mübariz mövqeyini davam etdirən Heydər Əliyev Dağlıq Qarabağda münaqişə ilə bağlı mərkəzin ikiüzlü siyasətinə, erməni tərəfini dəstəkləməsinə etiraz əlaməti olaraq Sov.İKP sıralarını tərk etmişdir. Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıya gəlmiş, sonra isə Naxçıvana getmişdir. Siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrüdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Onun təşəbbüsü ilə muxtar respublikanın adından "sovet sosialist" sözlərinin çıxarılması, üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Blokada şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirildi. Qonşu Türkiyə və İranla əlaqələr yaradıldı. Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla nəqliyyat daşımalarını genişləndirən "Şahtaxtı – Podəşt" körpüsü inşa edildi.
Heydər Əliyevin siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvanda sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü ilin may - iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda isə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini səsləndirməyə başladı. Nəticədə Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Bununla Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. İyunun 24-dən o, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Prezidentin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan - Azərbaycan münaqişəsinin həllində ilkin mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayır. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Ulu öndər Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında" qanunun və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdr. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində, demək olar, bütün beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Əfvetmə təsisatının bərpa edilməsi, əfv fərmanları və amnistiya aktlarına əsasən minlərlə məhbus tam və ya qismən azad edilmiş, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilmişdir.
Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib. Bu gün sabitlik, iqtisadi inkişaf və güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəricilərindəndir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.
Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, ulu öndər Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə «Böyük İpək yolu» layihəsinin (Avropa-Asiya nəqliyyat dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə bu yöndə yeni təşəbbüslərin gündəmə gəlməsi və hazırda gerçəkləşən layihələr türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir. Heydər Əliyev 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda, ümumtürk mədəniyyətinin təntənəsi idi.
Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi. Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir.
Ülkər Baxışova,
Xacmaz rayon qeydiyyat şöbəsinin rəisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025