Mobil versiya
Bakı–Moskva münasibətlərində yeni səhifə – diqqət soydaşların taleyinə yönəlib
Tarix: 21-04-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər



Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatı Bakı–Moskva münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Sənəddə tərəflərin əvvəlki yüksək səviyyəli görüşlərdə əldə olunan anlaşmalar çərçivəsində əməkdaşlığın davam etdirildiyi və qarşılıqlı məsələlərin, o cümlədən kompensasiya mövzusunun həlli üzrə razılığa gəldiyi qeyd olunur.

Münasibətlərin normallaşması fonunda diqqət çəkən əsas məqamlardan biri Rusiyada yaşayan və ya saxlanılan azərbaycanlıların taleyi ilə bağlı gözləntilərdir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, iki ölkə arasında dialoqun güclənməsi humanitar məsələlərə də təsir göstərə bilər. Onun sözlərinə görə, Azərbaycan tərəfi hər zaman vətəndaşlarının təhlükəsizliyini prioritet hesab edir və bu yanaşma beynəlxalq münasibətlərdə əsas prinsip kimi qalır.

Ekspertin fikrincə, münasibətlərdə yumşalma mərhələsi Rusiyada saxlanılan azərbaycanlıların işlərinə də təsir edə bilər və ədalətli hüquqi araşdırmaların aparılması üçün əlavə imkanlar yarada bilər. Bu isə gələcəkdə Bakı–Moskva münasibətlərinin daha stabil və əməkdaşlığa yönəlmiş xarakter almasına xidmət edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026