Xızıda Sel səbəbindən ərazidən 24 nəfər təxliyə edilib -Foto
Tarix: 19-06-2023 | Saat: 19:24
Bölmə:Parlament | çapa göndər
Bu barədə AİA.Az-ın Şimal zonasının bölgə müxbiri Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xızı rayonunda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb.
Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.
Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.
AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025