Mobil versiya
Xudat şəhərində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilib -Fotolar
Tarix: 15-06-2023 | Saat: 15:23
Bölmə:Seçki 2024 | çapa göndər

Xudat şəhərində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilib

AİA.Az-ın Şimal bürosu xəbər verir ki Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub. Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Regional Mədəniyyət İdarəsi və ARB Media Qrupun birgə təşkilatçılığı ilə Xudat şəhərində əsaslı şəkildə yenilənən Nizami Gəncəvi adına parkda geniş konsret prorqamı təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərin də iştirak etdiyi bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifalarla çıxış ediblər. Musiqili proqram iştirakçılarda xoş ovqat yaradıb.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024