Mobil versiya
Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert
Tarix: 13-06-2023 | Saat: 13:05
Bölmə:Seçki 2024 | çapa göndər

Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert

Rəsmi olaraq 67 min taksinin fəaliyyət göstərdiyi deyilsə də, realda bu rəqəm daha çoxdur. Bu gün taksilərə olan maraq qiymətlərin münasib olması ilə əlaqədardır. Bunun digər səbəbi isə avtobuslardakı xidmətin insanları qane etməməsidir.

AIA.Az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Aslan Əsədov taksi fəaliyyəti ilə bağlı son günlər aparılan müzakirələr haqda danışarkən deyib.

Ekspert rəqəmsal inkişaf və nəqliyyat nazirinin taksi qiymətlərinin bahalaşması barədə açıqlamasına da münasibət bildirib:

"Qeyd olunur ki, taksilər gəlirlərindən məhrum olmayacaq. Amma qiymət artımı taksilərdən istifadəni azaldacaq. Əgər vətəndaşlar taksilərdən istifadə etməyəcəksə, onlar da London taksilərinin vəziyyətinə düşəcək. Ona görə də birmənalı demək olar ki, qiymət artımları səmərəliliyi və gəlirliyi azaldacaq".

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024