Mobil versiya
"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək
Tarix: 12-06-2023 | Saat: 19:44
Bölmə:Seçki 2024 | çapa göndər

"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək


"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək.

İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Kiçik səhnə"sində İsveç dramaturqu Benqt Alforsun "İllüzionistlər" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə teatrın yeni yaradılmış "ArtStudiya"sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasınından bəhs edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, AIA.Az

Məqaləyə dair fotomateriallar:



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024