Mobil versiya
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb - FOTOLAR
Tarix: 02-06-2023 | Saat: 17:04
Bölmə:Seçki 2024 | çapa göndər

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Dövlət Pedaqoji Kollecinin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar istismar müddəti bitmiş yaşayış binalarının söküntüsü və yeni, müasir tipli binaların tikintisi, məşğulluq məsələləri, rayondakı kanalizasiya xəttlərinin mövcud vəziyyəti, qəzalı evlərin təmiri, sosial yardım və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024