Mobil versiya
Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı keçirilib -Fotolar
Tarix: 11-05-2023 | Saat: 14:25
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı keçirilib

Gəncə şəhər İcra Hakiiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilib.

aia.az xəbər verir ki, Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə təşkil olunan konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanlarının, şəhərin idarə, müəssisə, təşkilatlarının kollektivləri, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, Gəncə sakinləri və şəhərin qonaqları iştirak ediblər.
Konsertdən öncə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veloyürüş keçirilib. Şəhərin mərkəzindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Burada rəsmilər və veloyürüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra püşkatma vasitəsilə bir iştirakçıya velosiped hədiyyə olunub.
Tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkil etdiyi sərgi ilə davam edib. Sərgidə STEAM Mərkəzinin, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil orta məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin və digər müəssisələrin təqdimatında bir-birindən maraqlı əl işləri və rəsm əsərləri sərgilənib.
Konsert proqramını tanınmış teleaparıcı Lalə Azərtaş açıq elan edərək, Heydər Əliyevin tükənməyən tarixi xidmətləri sırasında onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illəri əhatə edən müddət ərzində siyasi fəaliyyətinin müxtəlif dövrlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü misilsiz xidmətlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ulu Öndər müasir Azərbaycanın memarıdır. Təsadüfi deyil ki, Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu  mahnılar ifa ediblər. Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra Türkiyənin məşhur müğənnisi Rafet El Roman səhnəyə çıxıb. O, tədbir iştirakçıları üçün öz repertuarında yer alan sevilən mahnılarını ifa edib. Konsertin sonunda Türkiyəli müğənninin ifasında səslənən sözləri Baba Vəziroğlu, musiqisi Kamala aid Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda Ümummili Lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024