Mobil versiya
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə musiqi məktəbində konsert proqramı təşkil olundu. -Fotolar
Tarix: 07-05-2023 | Saat: 11:30
Bölmə:Seçki 2024 | çapa göndər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə musiqi məktəbində konsert proqramı təşkil olundu.

Bərdə Regional Mədəniyyət idarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunmuşdur.

aia.az xəbər verir ki, keçirilən konsert proqramında Mingəçevir şəhər İcra Hakimiyyətindən Taryel Şükürov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, orta məktəb direktorları, xalq artisti Valeh Kərimov, ictimayyət nümayəndələri iştirak edib. Əvvəlcə musiqi məktəbinin direktoru Vüsal Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyev təhsil sisteminə, mədəniyyətə mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahə kimi yanaşırdı. Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır deyən digər çıxışçılar qeyd ediblər ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Qonaqlar və ictimaiyyət nümayəndələri məktəbin xalq çalğı orkestri, müəllim və şagirdlərin ifasında musiqi nömrələrini dinləyiblər. Sonda partiya sıralarına daxil olan bir qrup müəllimə üzvülük vəsiqələri təqdim olunub.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024