Mobil versiya
Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 05-05-2023 | Saat: 17:09
Bölmə:Seçki 2024 | çapa göndər

Gədəbəydə  “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

05 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tədbirlər planına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu 2 saylı Qazax-Tovuz Regional Filalının Gədəbəy rayon qəbul şöbəsi ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.” Mövzusunda görüş keçirildi.

Görüşü giriş sözü ilə başlayan YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır. A. Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında uğurlara imza atacaq. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.

Görüşdə Dövlət Sosial Müdafiə Fondu 2 saylı Qazax-Tovuz Regional Filalının Gədəbəy rayon qəbul şöbəsi ərazi partiya təşkilatının sədri Ozal Abdalov qeyd etdi ki, bu gün əminliklə söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan dövləti qısa müddət ərzində böyük inkişaf yolu keçərək dünya dövlətləri arasında güclü ölkə kimi tanındı. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkəmizin uğurlu inkişafının əsasını qoydu.
Görüşdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024