Mobil versiya
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİNƏ QAYĞISI
Tarix: 27-04-2023 | Saat: 10:04
Bölmə:Seçki 2024 | çapa göndər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİNƏ QAYĞISI


Tarixi keçmişimizə nəzər salsaq görərik ki, zaman-zaman ana dilimizə qarşı yad təsirlər olunub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də sovet dövründə yaranıb.

Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvi dəyərləri şikəst etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və “rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə məhvedici plan həyata keçirilmişdir. Elə bunun nəticəsi idi ki, SSRİ dönəmində Azərbaycanın paytaxtında – Bakı şəhərində milli azlıqlar milli genefondumuzu üstələmiş, rus dili ana dilini passivləşdirərək ön plana keçmiş, hər sahədə fəallıq qazanmış, əsas yeri tutmuşdur. Bu mənada bütün yazışmaların, reklam yazıları və sosial ünsiyyətin əsas dili rus dili olduğuna görə Bakı milli regiondan daha çox “Yəcuc-Məcuc” (Cəlil Məmmədquluzadə) şəhərinə oxşadılmışdı.

O dönəmdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparırdılar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. O ziddiyyətli dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı. Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında ifadə etdikləri arzuları yenə də Ulu Öndər reallaşdırdı.

Respublikamızın SSRİ-nin tərkibində olan vaxtda , 1978 -ci ildə SSRİ -nin yeni konstitusiyası qəbul edilərkən Azərbaycan SSRİ -nin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna Nail olmaq qeyri - real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP.MK-nin bu sahəyə məsul katibi Azərbaycan dilinin dövlət dili kimi konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi alim M. Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna MK-nın birinci katibi Şerbatski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycan rəhbəri Heydər Əliyev ona bildirdi ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Heydər Əliyev L.İ.Brejnyevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRI-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan " SSRİ qanunları Azərbaycan SSRİ ərazisində məcburidir" maddəsi də layihədən çıxarılır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024