Mobil versiya
ULU ÖNDƏRİN SİYASİ İRADƏSİNİN, UZAQGÖRƏNLİYİNİN TƏNTƏNƏSİ
Tarix: 26-04-2023 | Saat: 18:03
Bölmə:Seçki 2024 | çapa göndər

ULU ÖNDƏRİN SİYASİ İRADƏSİNİN, UZAQGÖRƏNLİYİNİN TƏNTƏNƏSİ

Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqsini müəyyən edən əsas məqamlardan biri məhz Ümummilli Lider faktorudur. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycanı yaranmış daxili və xarici təhlükələrdən hifz edə biləcək, onu həqiqi müstəqilliyinə qovuşduracaq, bazar iqtisadiyyatına sürətli keçidini təmin edəcək yeganə şəxsiyyət, ümid yeri hələ SSRİ dönəmində göstərdiyi fəaliyyətinə görə adı ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunan Ümummilli Lider Heydər Əliyev idi. Bu mənada ulu öndərin yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas etməsi üçün xalqın istək və təkidli tələbi tamamilə təbii xarakter daşıyırdı. Beləliklə, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanın, eləcə də azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycanın qısa zaman kəsiyində iqtisadi sferada böyük uğurlara imza atması bu sahədə də uğurlu idarəçiliyin, Heydər Əliyev uzaqgörənliyinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi idi.
Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələ bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir.
Azərbaycan Respublikasının mövcud sənaye potensialının yaradıcısı 1970-1980-ci illərdə Heydər Əliyev olmuşdur. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başladı. Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynamışdır.  

Nabat Zəngəzur
YAP Qaradağ rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024