Mobil versiya
Siyəzən rayonunun şimal girişində abadlıq işləri aparılıb
Tarix: 19-04-2023 | Saat: 21:55
Bölmə:Özəl | çapa göndər

Siyəzən rayonunun şimal girişində abadlıq işləri aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Siyəzən rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişib.
Hal-hazırda Siyəzən rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir.
Siyəzən rayonunun şimal girişində abadlıq işləri aparılıb. Burda ağacların aqrotexniki qaydada budanması, onlara forma verilməsi və digər bu kimi işlər görülmüşdü. Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmişdir.
İşlər Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Siyəzən Kommunal Müəssisələri Kombinatının, 11 saylı Yol Yaşıllaşdırma və Suvarma Sistemləri idarələrinin kollektivi tərəfindən görülür.
Rayon ərazisində bu istiqamətdə müvafiq işlər davam etdirilməkdədir.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024