Mobil versiya
Gəncənin icra başçısı növbəti dəfə sakinlərlə görüşüb -Fotolar
Tarix: 18-04-2023 | Saat: 22:25
Bölmə:Özəl / Parlament | çapa göndər

Gəncənin icra başçısı növbəti dəfə sakinlərlə görüşüb

Ölkə başçısı İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşərək onların müraciətlərini dinləyib.

aia.az xəbər verir ki, görüşdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edən sakinlər şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib. Problemlərin bir çoxu yerindəcə həllini tapıb.
Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024