17 aprel tarixində Şabran rayonunda iftar süfrəsi açılmışdır -Foto
Tarix: 18-04-2023 | Saat: 15:54
Bölmə:Parlament / Özəl | çapa göndər
İftar süfrəsində Şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Mərasimdə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək, Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib.
Mərasimdə Millət vəkili Sadiq Qurbanov da iştirak edirdi.
Sadiq Qurbanov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Şəhid Ailələrininin və Qazilərlə maraqlı söhbətlər edərək problemləri ilə daha da yaxından maraqlandılar.
İftar mərasimində rayon məscidinin imamları Qurani-Kərimdən ayələr və Ramazan duası oxumuşlar. İmamlar müqəddəs kitabımız olan «Qurani Kərim»in nazil olduğu bu ayın fəzilətindən tədbir iştirakçılarına danışmışlar.
Aia.az
Şimal zonası üzrə bölgə müxbiri
Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024