Mobil versiya
Ermənistan terrorçu dövlət olduğunu idman yarışlarında da büruzə verdi
Tarix: 17-04-2023 | Saat: 09:30
Bölmə:Özəl | çapa göndər

Ermənistan terrorçu dövlət olduğunu idman yarışlarında da büruzə verdi

Ermənistanın terrorçu mahiyyəti idman yarışlarının da sağlam şəraitdə keçirilməsinə imkan vermir. İstənilən şəraitdə istənilən sivil bir ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Beynəlxalq yarışların təşkili özü böyük məsuliyyət və beynəlxalq öhdəlikdir. İdmanın məqsədi istər bir ölkə daxilində, istərsə də bəşəri dünyada insanlıq üçün sağlamlıq, sağlam həyat tərzini təbliğ və təşviq etməkdirsə də, ölkələr arasında isə onun məqsədi yalnız dostluq və sülhə xidmətdir.
Bu vaxta qədər Azərbaycanda keçirilən, ermənilərin də iştirak etdiyi idman tədbirlərində bir dəfə də olsun belə və ya buna bənzər hal yaşanmayıb.  "Bakı-2015" Birinci Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni idmançı mükafatlandırma mərasimində azarkeşlər tərəfindən fitə basılarkən, Prezident İlham Əliyevin jestini - azarkeşləri bunu dayanmağa çağırmasını xatırlatmaq yerinə düşər. Hətta erməni idmançı o vaxt özü də bununla bağlı təəsüratını bölüşərək idman qaydalarına uyğun olaraq əlinin sıxıldığını, təbrik edildiyini bildirmişdi. Bunu nümunə kimi qeyd etmişdi. Bu, Azərbaycan nümunəsidir. Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə isə belə bir barbarlığın törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması bu ölkədə etnik nifrətin, Azərbaycanofobiyanın bariz nümunəsidir.
Hər zaman idman yarışları xalqları birləşdirib, sülhü təbliğ edib. Ermənistan isə idman yarışlarından da irqçilik məqsədilə istifadə etdi, xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsiplərini pozdu.
Baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024