Gəncədə bəstəkar Qəmbər Hüseynlinin abidəsi ətrafında salınan parkın açılışı olub -Fotolar
Tarix: 16-04-2023 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər
Gəncədə milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olan bəstəkar Qəmbər Hüseynlinin doğum günü ərəfəsində məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.
aia.az xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də bəstəkarın ailə üzvləri iştirak ediblər.
Öncə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub. Abidə önünə tər çiçəklər düzüldükdən sonra yeni salınan parkın açılışı olub.
Qeyd olunub ki, yerli sakinlər, o cümlədən şəhərin ziyalıları Gəncə şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramova müraciət edərək, görkəmli bəstəkarın məzarının ətrafında körpə fidanlar üçün park salınmasını xahiş etmişlər. Şəhər rəhbərliyi edilən müraciətləri nəzərə almış və müvafiq tədbirlər həyata keçirərək parkın salınması işlərinə başlanmışdır.
Mərasimdə iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıclığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, 16 aprel 1916-cı ildə Gəncə şəhərində dünyaya göz açan Qəmbər Hüseynli xalqına xidməti həyatının əsas mənası hesab edən sənətkarlardan olub. Bəstəkarın Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində özünəməxsus yeri olduğu xüsusi vurğulanıb. O da qeyd olunub ki, mərhum bəstəkar bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Bu gün bütün dünya Qəmbər Hüseynlini "Cücələrim"lə tanısa da, bəstəkarın Azərbaycan xalqı tərəfindən sevilərək dinlənilən xeyli bəstələri də var. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur.
Tədbirdə Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.
Qeyd edək ki, yeni istifadəyə verilən parkda körpə və uşaqların oynaması üçün cürbəcür attraksionlar quraşdırılıb, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024