RF-nin Yekatrenburqdakı konsulluğumuz və Kurqan vilayətindəki diaspor təşkilatımız 100 illiklə bağlı möhtəşəm tədbir keçirib -Fotolar
Tarix: 16-04-2023 | Saat: 13:06
Bölmə:Gündəm / Özəl | çapa göndər
Niftulla Niftullayev: “Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin həm indiki, həm də gələcək nəsillərə qoyduğu əmanətidir, onun zəngin və çoxşaxəli irsi isə, xalqımızın milli sərvətidir”
Hər kəsə məlumdur ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqillik hüququnu əldə etdi və illər keçdikcə, dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızla əlaqələr xeyli genişləndi. Bu sırada diasporla iş dövlət siyasətinə çevrildi. Yəni, dünya təcrübəsi sübut edir ki, dövlətçiliyin möhkəmləndirilməsində və inkişaf etdirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında, hətta təsir imkanlarının genişləndirilməsində diaspor amili mühüm rola malikdir. Belə bir səbəbdəndir ki, bu gün ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu mühüm amilin əhəmiyyətini dərk edib, yeni dövrün tələblərinə uyğun addımlarını atırlar. Qeyd edək ki, 05 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. 19 noyabr 2008-ci il tarixdə isə, Prezident İlham Əliyevin imzaladığı 54 saylı Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu Komitə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə bizim ölkəyə dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Düzdür, bu gün bəzi ölkələrdəki kosulluqlarımızın, diaspor təşkilatlarımızın fəaliyyətləri lazımınca qiymətləndirilmir və elə hallar da olur ki, həmin qurumlara rəhbərlik edən şəxslərin atdıqları addımlar ictimai qınağa da tuş gəlir. Amma, elə konsullarımız və diaspor təşkilatlarımız var ki, onların fəaliyyətləri geniş ictimaiyyət tərəfindən dəyərləndirilir və lazım olduğu qiymətini də alır. Belə konsullarımızdan biri də Azərbaycanın Yekatrenburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevdir. Bu şəxsin fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə bəlli olur ki, Şöhrət Mustafayev olduqca zəngin həyat yolu keçən, xalqını sevən, hər bir azərbaycanlının probleminə diqqətlə yanaşmağı bacaran, bir kimsədən kömək əlini çəkməyən vətənpərvər Azərbaycan oğludur. Bəli, oxşar yanaşma, bəlli münasibət Rusiya Federasiyasının Kurqan vilayətindəki diaspor təşkilatımıza rəhbərlik edən Niftulla Tahir oğlu Niftullayevə də şamil olunur. Bir sözlə, bu gün hər iki şəxsin əsas amalı, başlıca istəyi doğma Azərbaycanımıza xidmət etməkdir, hər zaman dövlətimizin adını uca tutmaqdır. Odur ki, istər baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, istərsə də diaspor təşkilatımıza rəhbərlik edən Niftulla Niftullayev, bu gün xalq tərəfindən sevilir və onlara qarşı rəğbət göstərilir.
Onu da qeyd edək ki, 10 may 2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Belə bir səbəbdən də, Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkə rəhbəri 28 noyabr 2022-ci il tarixdə isə, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planını da təsdiq etdi. Tədbirlər Planına uyğun olaraq 2023-cü il ərzində çoxsaylı tədbirlərin, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin, diaspor təşkilatlarının, koordinasiya şuralarının və s-in “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirmələri nəzərdə tutulur. Bəli, nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, 14 aprel 2023-cü il tarixdə Azərbaycanın Yekatrenburqdakı baş konsulluğunun təşkilatçılığı və RF-nin Kurqan vilayətində Niftulla Niftullayevin rəhbərlik etdiyi diaspor təşkilatının dəstəyi ilə 100 illiklə bağlı möhtəşəm tədbir keçirilir. Tədbirdə Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Məsum İbrahimovun rəhbərliyi altında tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Rəhimov və xanəndədə Aytən Məhərrəmova olmaqla, “Qarabağ” muğam qrupunun üzvləri də iştirak edirlər. Əldə etdiyimiz məlumatlara görə, ölkə xaricində fəaliyyət göstərən konsulluqlarımız və diaspor təşkilatlarımız içərisində, ilk olaraq belə bir tədbir keçirilir. Tədbirdə Kurqan vilayətindəki diaspor təşkilatımızın sədri Niftulla Niftullayev dərin və məzmunlu çıxışlar edir və o, etdiyi çıxışında bildirir ki, “Heydər Əliyev qəlbən bağlı olduğu xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı, heç zaman yorulmadı, hansısa təhlükədən qorxmadı, çəkinmədi və xalq-dövlət naminə ardıcıl mübarizə apararaq, Azərbaycan Respublikasının müstəqilliyinin dönməz və əbədi olmasına səbəb oldu. Bəli, Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə, məhz dünya şöhrətli şəxsiyyət olan Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Faktdır ki, davamlı inkişaf yollarında inamla irəliləyən müasir Azərbaycan, Heydər Əliyevin həyat amalının təntənəsinə çevrildi. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin həm indiki, həm də gələcək nəsillərə qoyduğu əmanətidir, onun zəngin və çoxşaxəli irsi isə, xalqımızın milli sərvətidir. Ona görə də, bu müqəddəs mirası qoruyub saxlamaq, yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bundan əlavə, Heydər Əliyevin zəngin həyat yolları hər zaman bir-birini tamamlamış və o, öz xalqına sıx bağlı olduğunu, milli dövlәtçilik məfkurəsinə sadiq qaldığını atdığı addımları ilə sübuta yetirmişdir. Dərin təfəkkürə sahib olan Heydər Əliyev, cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün zamanlarda Azərbaycan xalqını düşünmüş və bu yolda ciddi addımlarını atmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması və s. Ulu Öndərin, məhz doğma xalqı qarşısında göstərdiyi müstəsna xidmətləridir. Heç zaman unutmaq olmaz ki, Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz tutduğu doğma xalqının mənafelərini daim uca tutmuş və ölkəmizin inkişafı üçün hər zaman lazımi imkanlarından bacarıqla istifadə etmişdir. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində doğma Vətəninə, xalqına, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərimizə bağlı olmuşdur. Ümummilli Liderimiz zəngin və mənalı həyatıboyu hər zaman xalqını, Vətənini düşünmüş, Azərbaycanı ən çətin məqamlarda üzləşdiyi faciələrdən, məhv olmaq təhlükəsindən xilas etmişdir. Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət kəsb edən qərarlar qəbul edilən zaman, əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı ictimai-siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır. Bəli, Ulu Öndərin səyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün lazımi tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də, 2001-ci il yanvar ayının 25-də ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv dövlət olaraq qəbul olunmasıdır. Sonrakı illərdə isə, Azərbaycan digər beynəlxalq təşkilatlara da üzv qəbul olunmuşdur ki, bu da ölkəmizin ildən-ilə artan nüfuzunun göstəricisidir. Faktdır ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi, bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və Azərbaycan getdikcə güclü dövlətə çevrilir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Ən əsası isə, hal-hazırda qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi, qorunub saxlanması istiqamətində də lazımi addımlar atılır. Adicə bir faktı qeyd edək ki, 22 fevral 2022-ci ildə RF-nin paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən, 43 bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Bu Bəyannamə hər iki ölkə xalqlarının maraqlarına tam şəkildə cavab verir, həmçinin regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin olunmasında, möhkəmləndirilməsində, siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmanın, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində və digər məsələlərin həllində əhəmiyyətli rola malikdir. Bəli, bu yöndə atılan addımlar ölkə rəhbərinin olduqca uzaqgörən və müdrik dövlət başçısı olduğunu sübuta yetirir. Davam etdirilən bu siyasi kursun doğruluğunu sübut etmək üçün, son vaxtlar həyata keçirilən abadlıq və quruculuq işlərinə, əldə olunan uğurlara və digər nailiyyətlərə diqqət yetirmək bəs edər. Fakt budur ki, hal-hazırda Azərbaycan Respublikası nəhəng dövlətlər üçün önəmli əhəmiyyət kəsb edən bir dövlətə çevrilib. Sosial-iqtisadi, siyasi sahədə dünyanın aparıcı dövlətləri ilə eyni addımlar atan Azərbaycan Respublikası, hal-hazırda müstəqilliyinin qorunub saxlanılması yolunda inamla addımlamaqdadır”.
Qeyd edək ki, Niftulla Niftullayevin 14 aprel günü 100 illiklə bağlı keçirilən tədbirdə etdiyi çıxış, iştirakçılar tərəfindən ən yüksək səviyyədə alqışlanır. Unutmaq olmaz ki, bu şəxs işi ilə əlaqədar çox zaman ölkə hüdudlarından uzaqlarda yaşasa da, hər zaman qəlbində xalq sevgisi, doğma Vətəninə və dövlətinə bağlılıq duyğusu gəzdirir. Adicə bir faktı qeyd edək ki, Niftulla Niftullayev 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə lazımi səviyyədə mənəvi dəstək göstərir, əldə olunan hər bir uğura olduqca sevinir. Bu da onu söyləməyə əsas verir ki, bu şəxsin bir amalı var, o da müstəqil Azərbaycan Respublikasına və doğma xalqına şərəflə, vicdanla xidmət etməkdir. Bəli, bu şəxsi yaxından tanıyan, əməlləri haqda az-çox məlumatı olan hər kəs bilir ki, RF-nin Kurqan vilayətində diaspor təşkilatına rəhbərlik edən Niftulla Niftullayev, bu gün də yorulmaq bilmədən çalışır və üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirir. İnanırıq ki, bu şəxsin dövlətimizin və hər bir azərbaycanlının maraqlarının qorunması yöndə atdığı addımlar, yaxın tariximizin silinməz səhifələrindən birinə çevriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.
Nüsrət İSƏOĞLU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024