Mobil versiya
Şabran Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələri və qazilərlə görüş keçirdi -Fotolar
Tarix: 16-04-2023 | Saat: 10:41
Bölmə:Özəl | çapa göndər

Şabran Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələri və qazilərlə görüş keçirdi

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun tapşırığına əsasən rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini və qazilərimizi vaxtaşırı ziyarət edir, onların problemləri ilə maraqlanırlar.

Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hüseyn İlyasov, Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Tamerlan Talıbov və Seyidağa İsmayılov Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Zülfüqarov Samir Xəlil oğlunun anası Gülgəz xanımı yaşadığı evdə ziyarət etmiş və onun qayğıları ilə maraqlanmışlar.
Daha sonra “Vətən Müharibəsi” qaziləri Səmədov Rəşid Rafiq oğlu, Quliyev Hikmət Teymurşah oğlu və Əhmədov Seymur Mahir oğlu ilə də görüşülmüşdür. Qazilərimizi narahat edən məsələlər nəzarətə götürülmüş və bu məsələlərin ən qısa zamanda həlli üçün aidiyyatı şəxslərə tapşırıq və tövsiyyələr verilmişdir.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə