Suraxanı – 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı uğurla icra olunur
Tarix: 13-04-2023 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər
Bu gün Suraxanı rayonu gündən-günə gözəlləşən paytaxt Bakımızın ən dinamik inkişaf edən ərazilərindəndir. Rayonda iqtisadi göstəricilər durmadan yüksəlir, yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. Ötən illərdə olduğu kimi, 2023-cü ilin ilk rübündə də Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, rayon iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf müşahidə olunmuşdur. Yazın gəlişi ilə rayonun bütün qəsəbələrində Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən davamlı şəkildə aparılan abadlıq, təmizlik, yaşıllıq sahələrinin suvarılması, təmir və bərpa işləri həyata keçirilməkdədir. Rayon ərazisindəki parklarda, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır, küçələrdə səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər yuyularaq müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılır, ağacların qurumuş budaqları budanır, dibləri bellənərək ziyanverici həşəratlardan qorunmaq üçün gövdələri əhənglənir, yabanı quru, alaq otlar təmizlənir. Məişət tullantıları konteynerləri və istirahət parklarında oturacaqlar təmir-bərpa edilir.
Ümumiyyətlə rayon sakinlərinin rəyi belədir ki, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əziz Əzizovun bu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Suraxanıda bütün sahələrdə xüsusi canlanma müşahidə olunmağa başlamışdır.
Təqdirəlayiq haldır ki, bu gün Suraxanıda rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Rayonun müxtəlif ərazilərində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir. O cümlədən sakinlərin rahatlığını təmin etmək məqsədilə rayonun qəsəbə və kəndlərində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun yenidənqurma işləri davam etdirilir. Həm də son dövrlərdə rayon ərazisində aparılan quruculuq-abadlıq işlərinin intensivliyi xeyli artıb. Xüsusilə yeni park və yaşıllıqların salınması işi geniş vüsət alıb. O cümlədən, son beş ildə Əmircan qəsəbəsindəki unudulmaz şairimiz Tofiq Bayramın adını daşıyan park əsaslı şəkildə yenidən qurulub, Bülbülə qəsəbəsində 24 saylı poliklinikanın qarşısında yeni park salınıb, Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kvadratmetr yaşıllıq salınıb.
Bu günlərdə “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növəti ağacəkmə aksiyası Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində keçirilib. Ağacəkmə aksiyasında RİH başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyəti iştirak ediblər. Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir. Qeyd edək ki, bu, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ilk aksiya deyildir. Belə ki, bundan əvvəl martın 15-də yenə də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilmişdi.
Aydındır ki, ən abad park və yaşıllıqlar belə gündəlik qayğı göstərilmədən, xüsusilə də təmizlik işləri aparılmadan öz cazibədarlığını saxlaya bilməz. O cümlədən bina və evlər də öz funksionallığını, eləcə də estetik gözəlliyini saxlamaq üçün mütəmadi olaraq qayğı və diqqət tələb edirlər. Bu sahədə isə, görülən işlərin əsas ağırlığı bilavasitə rayonlar üzrə fəaliyyət göstərən mənzil-kommunal təsərrüfat müəssisələrinin üzərinə düşür. Bu baxımdan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti də yüksək effektivliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda formalaşmış ümumi ictimai rəy belədir ki, Mais Məmmədovun rəhbərlik etdiyi bu qurum öz vəzifələrinin öhdəsindən bacarıqla gəlir. Qeyd edək ki, bu gün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində 13 mənzil-istismar sahəsi fəaliyyət göstərir. Əlbəttə ki, bu müəssisələrin də fəaliyyətlərini idarə etmək, onların effektivliyini təmin etmək heç də asan məsələ deyil. Lakin Mais Məmmədovun zəngin iş təcrübəsi, geniş potensialı bu vəzifələrin öhdəsindən layiqincə gəlməkdə ona kömək olur. Nəticədə isə, bu gün Suraxanı rayonu paytaxtın ən təmiz və abad rayonlarından birinə çevrilmişdir.
Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Suraxanı Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir.
Elbrus Bağırov
Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ